Əmək pensiyasının minimum məbləği bu qədər olacaq

Əmək pensiyasının minimum məbləği bu qədər olacaq 

Prezident İlham Əliyevə əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər təqdim ediləcək.

Bu, dövlət başçısının imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, bununla bağlı Nazirlər Kabinetinə 10 gün vaxt verilib. Azərbaycan hökuməti həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.

Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi