Enerji içkiləri təzyiqi kəskin artırır, ürək fəaliyyətinin ritmini də pozur

Enerji içkiləri təzyiqi kəskin artırır, ürək fəaliyyətinin ritmini də pozur 

Enerji içkiləri istehsal olunandan zərəri haqda danışılır. Daha bir istiqamətdən orqanizmə ziyanı ortaya çıxıb. Bu haqda “Tunisie Soir” yazıb.

Enerji içkisindən 32 unsiya (946 millilitr) istifadə təzyiqi kəskin artırır, ürək fəaliyyətinin ritmini pozur. Nəşrin yazdığına görə, eksperiment belə nəticə müəyyən edib.

Eksperimentə 18-40 yaş arası 34 könüllü qoşulub. Onlar kofeinlə enerji içkisi və plasebo qəbul ediblər. Hər yarım saata 470 millilitr içmək lazım gəlib. Bu müddətdə isə elm adamları ürək fəaliyyətini müşahidə ediblər. Məlum olub ki, plasebo qəbul edənlər daha sakit görünürlər.

Enerji içkisinin dadına baxanlarda isə ürək döyüntülərinin sürəti xeyli artıb. Bunları içənlərdə sistolik və diastolik təzyiqin 4-5 millimetr yüksəldiyi də müşahidə olunub./bizimyol/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi