Ərdoğan: “Ağ evdən zəng edərək təhdid ediblər”

Ərdoğan: “Ağ evdən zəng edərək təhdid ediblər” 

"Bir daha xatıraladıram, dünya 5-dən böyükdür, birdən isə daha çox böyükdür”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ak partinin "Genişləndirilmiş rayon sədrləri" tədbirində bildirib.

"İraq və Suriyadakı vəziyyət getdikcə nəzarət altına alınır. Amerika bizə hörmət etdiyi təqdirdə onlarla müttəfiqlik etməkdən məmnun qalarıq",-deyə Ərdoğan əlavə edib.

Türkiyə prezidenti dekabrın 21-də BMT Baş Assambleyasının sessiyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqqında qətnamənin lehinə səsverən dövlətlərə təşəkkür edib: "Səsvermə zamanı tərəfsiz qalan və ya səsverməyə qatılmayanların yeri böyük ehtimalla 128-in yanındadır”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə və Yəmənin təqdim etdiyi "İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti” adlı qətnamə layihəsinin əleyhinə BMT Baş Assambleyasında 160-190 dövlətin səs verəcəyini gözləyirmişlər: "Bizim qətnamə layihəmizin 160-la 190 dövlətin dəstəyi ilə qəbul olunacağını ehtimal edirdik. Son ana qədər bunu təsbit etmişdik. Ancaq Ağ evdə oturanlar telefonun başına keçərək, tək-tək dövlətlərə zəng ediblər və hədələyiblər.

 İnsanoğlunun, hələ dövlətlərin demokratik iradələri nə vaxtdan bəri pulla satın alınmağa başladı? Demokratik iradələrin satın alındığı bir anlayış, bir sistem, bir rejim mövcud deyildir. Belə yanaşanlar varsa, onlar da dərsini almağa məhkumdur.” Bakupost.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi