Ərdoğan: Boyum 1,85 metrdir, qəbrim böyük olacaq

Ərdoğan: Boyum 1,85 metrdir, qəbrim böyük olacaq 

Boyum 1,85 metrdir, qəbrim bir az böyük olacaq. Başqaları düşünsün.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda çıxışı zamanı deyib.

"Təvazökar olmalıyıq. Yoxsa problem hədsiz dərəcədə böyüyəcək. Biz nəyik? Quluq, qul! Nəhayət, gedəcəyimiz yer torpaqdır. Oradan gəldik, ora gedəcəyik. Boyum 1,85 metrdir, ona görə də qəbrim bir az da böyük olacaq. Başqaları düşünsün", - Ərdoğan deyib.

Prezidentin bu sözündən sonra bir partiya üzvü ayağa qalxaraq, “Allah sizə uzun ömür versin, Prezidentimiz”, - deyib.

Türkiyə Prezidenti isə cavabında bildirib:

“Allahın təqdiri nədirsə, o olacaq. Bunu dəyişdirməyə heç kimin gücü çatmaz. Biz bu millətə ağa deyil, qul olmaq üçün gəlmişik”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi