
Ərdoğan bu mükafata layiq görüldü - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinlilərə göstərilən humanitar yardım və Qəzzadan xəstələrin tibbi təxliyəsinə verdiyi dəstəyə görə Dünya Səhiyyə Təşkilatının Avropa Mükafatına (WHO) layiq görülüb.
Mükafat Ankara şəhərində keçirilən 11-ci Türk Tibb Dünyası Konqresində WHO-nun Avropa Regional Direktoru Hans Kluge tərəfindən təqdim edilib.
Təqdimatda çıxış edən Prezident Ərdoğan Qəzzadə iki ildir davam edən dağıntılar və mülki ölümlər qarşısında beynəlxalq ictimaiyyətin susqunluğunu tənqid edib. O bildirib ki, xəstələrin, tibb işçilərinin və uşaqların öldürülməsinə dünya lazımi reaksiya verməyib.
Ərdoğan Türkiyənin son 23 ildə səhiyyə sahəsində ciddi transformasiya keçirdiyini də vurğulayıb.
Prezident Türkiyənin dərman istehsalı, tibbi cihaz və elmi araşdırmalar sahəsində irəliləməli olduğunu bildirib.












Bu xəbər üçün şərh yazın