"Ərdoğan fəth edərək irəliləyir..." - Fransadan ŞOK TƏHLİL

"Ərdoğan fəth edərək irəliləyir..." - Fransadan ŞOK TƏHLİL 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika qitəsinə səfəri Fransa başda olmaqla dünya mətbuatının ciddi marağına səbəb olub.

Fransanın “Le Point” jurnalı “Ərdoğan fəth edərək irəliləyir” başlıqlı xəbər dərc edib.

Xəbərdə Türkiyənin hərbi, iqtisadi və diplomatik baxımdan qitədə əhəmiyyətli addımlar atdığı qeyd edilib: “Türkiyə Prezidenti ölkəsinin Afrika ilə əlaqələrini gücləndirməyi hədəfləyir”.

Jurnal Afrikanın ən çox əhalisi olan ikinci ölkəsi Efiopiyada Türkiyənin Çindən sonra ən çox sərmayə qoyan ölkə olduğuna da diqqət çəkib.

Fransanın dövlət radiosu “RFI”də verilən təhlildə isə səfərin Fransa kimi keçmiş müstəmləkə güclərinin iqtisadi hegemonluğunu pozmaq və Çinin təsirinə qarşı çıxmaq cəhdləri kimi xarakterizə olunub.

“Midle East Eye” agentliyində yer alan xəbərdə deyilir: “Prezident Ərdoğan bir sıra pilotsuz uçuş aparatları ilə Ankaranın Afrika ölkələri ilə əlaqələrini dərinləşdirdi”. //teleqraf//

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi