Ərdoğan: “İsrail təbii qazını Türkiyə vasitəsilə Avropaya nəql edə bilərik“

Ərdoğan: “İsrail təbii qazını Türkiyə vasitəsilə Avropaya nəql edə bilərik“ 

"Türkiyə və İsrail İsrail təbii qazını Avropaya tədarük etmək üçün birlikdə işləyə bilər və iki ölkə gələn ay danışıqlar zamanı enerji əməkdaşlığını müzakirə edəcək".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Biz İsrail təbii qazını öz ölkəmizdə istifadə edə bilərik və ondan istifadə etməklə yanaşı, onun Avropaya nəqli üçün birgə səylərdə də iştirak edə bilərik”, - deyə Ərdoğan Ukraynadan qayıdarkən jurnalistlərə bildirib.

Ərdoğan əlavə edib:

“Allah qoysa, bu məsələlər İsrail prezidenti cənab Hersoqla Türkiyəyə səfəri zamanı gündəmimizdə olacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər