Ərdoğan meydan oxudu: İrandan neft alacağıq

Ərdoğan meydan oxudu: İrandan neft alacağıq 

Türkiyə ABŞ sanksiyalarına baxmayaraq, İrandan neft və qaz almaqdan imtina etməyə hazırlaşmır.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda biz nə neft, nə də təbii qazla bağlı İranla iqtisadi münasibətlərimizi dayandıra bilərik. Nefti bizim özəl şirkətlərimiz alırdı. Təəssüf ki, indi ABŞ təhdidlərindən ehtiyat edərək almırlar. Lakin biz bu və digər məsələlərdə İranla münasibətlərimizi davam etdirəcəyik”, - Ərdoğan bildirib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi