Ərdoğan səfərdən qəsdən imtina etdiyini təsdiqlədi

Ərdoğan səfərdən qəsdən imtina etdiyini təsdiqlədi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xəstə olması barədə xəbərlər fonunda ictimaiyyət qarşısına çıxıb.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, Ərdoğan günortadan sonra hakim partiyanın Ankaradakı qərargahına gəlib. Televiziyaların canlı olaraq yaydığı görüntülərdə Ərdoğanın sərbəst şəkildə maşından düşdüyü, partiya üzvləri ilə görüşdüyü və sonra iclasın keçiriləcəyi binaya daxil olduğu görünür.

Qeyd edək ki, bu gün media Türkiyə liderinin "xəstə olduğu üçün" İspaniya səfərindən imtina etdiyini,AKP-nin qrup toplantısının isə təxirə salındığını yazmışdı.

AKP-nin qrup toplantısı təxirə salınmayıb, Ərdoğan isə xəstə olmadığını,İspaniya səfərindən qəsdən imtina etdiyini nümayiş etdirib.

Qeyd edək ki, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində Fransa, Almaniya, AB, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilirdi. Azərbaycan Prezidenti bu görüşdə Türkiyə liderinin iştirakını təkid edib, Fransa və Almaniya isə buna qarşı çıxıb. Buna görə də Prezident İlham Əliyev nümayişkaranə surətdə görüşdən imtina edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi