Ərdoğan səfərə getdi - Əliyevlə görüşəcək

Ərdoğan səfərə getdi - Əliyevlə görüşəcək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkmənistana ikigünlük səfərə gedəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı çərşənbə günü, dekabrın 14-də Avazada keçiriləcək.

Görüş çərçivəsində ölkələr arasında xüsusən ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır. Görüşün nəticəsi olaraq bir sıra sazişlərin imzalanacağı gözlənilir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər