Ərdoğan Soylunu geri qaytardı

Ərdoğan Soylunu geri qaytardı – Rəsmi açıqlama

Türkiyə Cümhurbaşqanlığından Daxili İşlər naziri Süleyman Soylunun istefa qərarı ilə bağlı rəsmi açıqlama yayılıb.

Cümhurbaşqanlığının rəsmi açıqlamasında S.Soylunun terrorizmə qarşı, ictimai asayişin bərpasındakı və s. xidmətləri xüsusi vurğulanıb.

Həmçinin qeyd edilib ki, Soylu istefa qərarını Prezident Ərdoğana bildirmiş, Ərdoğan isə hazırda istefanı məqbul görməmiş və qəbul etməmişdir.

"Hazırda Daxili İşlər nazirimiz Süleyman Soylu vəzifəsinin başındadır", - deyə məlumatda bildirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi