Ərdoğan Tehrandadır –Bu gün Suriya üzrə üçtərəfli görüş keçiriləcək

Ərdoğan Tehrandadır –Bu gün Suriya üzrə üçtərəfli görüş keçiriləcək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya-İran üçtərəfli zirvə toplantısında iştirak etmək üçün Tehrana gəlib.

Bu haqda “Anadolu” agentliyi xəbər verib.

Həmin toplantıda Suriyadakı, o cümlədən İdlibdəki vəziyyət müzakirə olunacaq. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanı bu səfərdə müdafiə naziri Hulusi Akar, maliyyə naziri Berat Albayrak və Prezident Administrasiyasının əlaqələr üzrə sədri Fahrettin Altun müşahidə edirlər.

Xatırladaq ki, sentyabrın 7-də Terhanda keçiriləcək görüşə Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani qatılacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi