
Ərdoğan və Putin razılaşdı
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkənin xarici siyasət və müdafiə qurumları arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dövlət başçılarının telefon danışığının nəticələrini şərh edərkən bildirib.
“Prezidentlər bir sıra nazirliklər arasında təmasların fəallaşdırılması barədə razılığa gəliblər. Açıq şəkildə deyim ki, bu situasiyada Yaxın Şərqdəki gərginliyi nəzərə alaraq əsasən iki nazirlik nəzərdə tutulur: hər iki ölkənin xarici işlər və müdafiə nazirlikləri”, – deyə Uşakov qeyd edib.
Bundan əlavə, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Türkiyə nümayəndələri bu həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ayrıca görüşlər də keçirəcəklər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın