Ərdoğan vədinə sadiq dostdur - Batya

Ərdoğan vədinə sadiq dostdur - Batya 

Türkiyə Hava Yolları (THY) dünyanın ən güclü hava yolu şirkətlərindən biridir və digər güclü şirkətlərə rəqibdir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “TRT Haber”ə açıqlamasında deyib.

“Fransa, İngiltərə, Almaniya və ABŞ şirkətləri üçün güclü rəqibdir. Ona görə də bu şirkəti sıxışdırmaq lazımdır. Bir səbəb uydurdular: miqrantlar”, - deyə prezident bildirib.

Lukaşenko, həmçinin Belarus siyasətində göstərdiyi prinsipial və məsuliyyətli münasibətə görə Rəcəb Tayyib Ərdoğana Belarus xalqı adından təşəkkür edib:

“Verdiyiniz sözlərə əməl edirsiniz. Prezident Rəcəb Tayyib Ərdoğanla həqiqi dostluq münasibətlərimiz var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər