Ərdoğan:"ABŞ terror təşkilatlarını neftlə bəsləyir"

Ərdoğan:"ABŞ terror təşkilatlarını neftlə bəsləyir" 

“ABŞ, hazırda Suriyada olanları tamamilə tribunadan izləyən tamaşaçı vəziyyətindədir. Heç bir sözünün arxasında durmayıb. Menbiçlə bağlı verdiyi sözü tutdumu? 90 gün dedi, 90-ı keçdi…”.

Bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ indi yenidən terror təşkilatlarını Menbiçə yerləşdirməyə cəhd edir.

“Deyr-əz-Zor-da eyni şeyləri etdi. Hazırda Deyr-əz-Zorda terror təşkilatlarını, PYD-ni, YPG-ni bəsləyirlər. Nə ilə? Neftlə. Orada terror təşkilatlarının neftdən çox ciddi gəlirləri var. 300 milyon dollarlıq xam neftin gəliri həmin terror təşkilatlarınındır. Hələ bunun emal olunmuşunu demirəm. Hər halda 700-800 milyon dollar olar. Bu rəqəmi Putinə də dedim, təəccübləndi. Amerika hazırda Suriyada iki terror təşkilatını bəsləyir. Onları maşa olaraq istifadə edir”/Modern.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər