Ərdoğandan Makrona: Qarşımda susursan, amma...

Ərdoğandan Makrona: Qarşımda susursan, amma... - Video

Fransa Prezidenti Emmanuel Makron hələ də “İslam terroru” ifadəsini işlədir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının dekabrın 9-da İstanbulda keçirilən Sosial işlər nazirlərinin zirvə toplantısında bildirib.

“NATO toplantısında ona bir daha dedim ki, “İslam” sözünün mənası barış deməkdir. Sən barışla terroru bir yerdə necə ifadə edə bilirsən? Bunu soruşanda susur. Ancaq sammitdə yenə təkrarlayıb”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti Fransada bir neçə aydır davam edən “sarı jiletlilər”in aksiyalarına da toxunub:

“İndi “sarı jiletlilər” küçələrə çıxıb. Dayandır onları, biz də görək. Atalar deyib ki, “Alma məzlumun ahını, çıxar ahəstə -ahəstə”.

Qeyd edək ki, “sarı jieltlilər” dekabrın 6-dan Fransanın müxtəlif şəhərlərində prezident Emmanuel Makronun həyata keçirmək istədiyi pensiya islahatına qarşı növbəti etiraz aksiyası keçiriblər./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi