ƏRDOĞANDAN RUSİYA və ƏSƏDƏ AÇIQ XƏBƏRDARLIQ:"Gərəkirsə, hər yerə xəbərsiz girər, bütün oyunları pozarıq"

ƏRDOĞANDAN RUSİYA və ƏSƏDƏ AÇIQ XƏBƏRDARLIQ:"Gərəkirsə, hər yerə xəbərsiz girər, bütün oyunları pozarıq" 

Türkiyə prezidenti Ərdoğan bu gün lideri olduğu partiyanın (AKP) şəhər təşkilatı rəhbərləri ilə görüşüb.

 Ərdoğan toplantıda Əsədə bağlı ordunun Suriyanın İdlib şəhərində keçirdiyi əməliyyata da toxunub.

O, Türkiyənin bu əməliyyata səssiz qalmayacağını açıq bəyan edib: “Əsəd rejiminin İdlibə hücumları artıb. Rusiya ilə bu şəhərlə bağlı razılaşmamız olub. Ancaq rejim və Rusiya bu anlaşmanı görməzdən gəlir, hücumları davam etdirirlər. Biz Suriyanın İdlib ve diğər bölgələrdəki hücumlarına seyirçi qalmayacağıq. Bəzən bizə “Siz niyə ordasınız” deyirlər. Adana anlaşmasını oxuyun, niyə orada olduğumuzu biləcəksiniz. Bu terror qruplarını sonuna qədər qovalayacağıq. Gərəkirsə, onların etdiyi hər yerə xəbərsiz, qəfil girər, bütün oyunları pozarıq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi