Ərdoğanın fanatı hər kəsi heyrətləndirdi:

Ərdoğanın fanatı hər kəsi heyrətləndirdi: 17 il... - Foto

Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşayan Həsən Qurucan adlı şəxs 17 il ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adının çəkildiyi qəzetlərin kolleksiyasını toplayıb.

AKP hakimiyyətə gəldiyi illərdə Almaniyada yaşayan H.Qurucan bu vərdişə Ərdoğanın yer aldığı alman qəzetlərini almaqla başlayıb.

H.Qurucan 2010-cu ildən sonra Ərdoğanın yer aldığı bütün qəzet və jurnalları toplamağa qərar verib.

Ərdoğanın hakimiyyətə gəlməsindən sonra gördüyü işlərdən dolayı onda belə bir maraq yarandığını deyən H.Qurucan qəzet və jurnallara aylıq 150-200 lirə (təxminən 45-60 manat) pul xərclədiyini söyləyib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi