Erkin Qədirlidən böyük etiraf: O, necə deputat seçilib?

Erkin Qədirlidən böyük etiraf: O, necə deputat seçilib? 

Milli Məclisin deputatı Erkin Qədirli son açıqlaması ilə gündəm olub. Bloqer Mehman Hüseynovun “Hər deputata bir sual” layihəsində qonaq olan parlamentari etdiyi etirafla sosial şəbəkələrdə müzakirə obyekti olub.

Pravda.az xəbər verir ki, bloqerin “Mənə Milli Məclisdə oturan bir deputatın adını deyə bilərsinizmi ki, o, xalqın səsi ilə parlamentdə oturub?” sualına verdiyi iki cümləlik cavabdan E.Qədirli sonra  sosial şəbəkə istifadəçiləri tərəfindən “İlin ən səmimi deputatı” elan olunub.

 

E.Qədirlinin reaksiyası belə olub: “Vallah, bunu heç özün haqda da deyə bilmərəm. Demokratik seçki olsaydı, bunu əminliklə deyə bilərdim, amma bizim ölkəmizdə demokratik seçki yoxdur”./Yenisabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi