Ermənilər də Rusiyadan imtina edir -

Ermənilər də Rusiyadan imtina edir - Rəy sorğusu göstərir ki,Ermənistanda qüvvələr nisbəti dəyişib

SOCIES ekspert mərkəzi Yerevan Universitetinin iştirakı və Konrad Adenauer fondunun maliyyə dəstəyi ilə Ermənistanda rəy sorğusu keçirib.

Rəy sorğusunun nəticələrinə görə respondentlərin 69.7 faizi Ermənistanın Rusiya ilə münasibətləri məhdudlaşdırmalı, Avropa İttifaqı və ABŞ-la münasibətləri isə genişləndirməli olduğunu bildirib.

Rəyi soruşulanların 34.1 faizi deyib ki, Ermənistan NATO-ya üzv olmalıdır.

Respondentlərin yalnız 29.1 faizi “təhlükəsizlik çətirinin” Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olduğunu deyib.

Respondentlərin 41 faizi ölkənin gələcəyini Avropa İttifaqında gördüyünü bildirib. Rəyi soruşulanların 28.7 faizi Avrasiya İqtisadi İttifaqında üzvlüyə tərəfdar olduğunu deyib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər