“Ermənilər Ermənistanı xilas etməlidir” - Zaxarova əl çəkmir

“Ermənilər Ermənistanı xilas etməlidir” - Zaxarova əl çəkmir 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanla bağlı növbəti birmənalı qarşılanmayan fikirlər səsləndirib. 

Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda “RİA-Novosti”-yə müsahibə verən Zaxarova “ermənilərin Ermənistanı xilas etməli olduğunu” deyib: "Ermənistanı Ermənistan vətəndaşları xilas etməlidir, onların seçkilərdə öz ölkələrinin xeyrinə seçim etmək üçün hər cür imkanı var".

Zaxarova ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfərinə Kremlin mənfi münasibətini gizlətməyib və deyib ki, İrəvanın hazırkı kursu Rusiyanın maraqlarına qarşı çevrilir: "Bu, rəsmi İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün konkret addımlar atmasının daha bir nümunəsidir... Amma praktikada bu addımlar Rusiyanın maraqlarına qarşı konkret hərəkətlərə gətirib çıxarır".

Zaxarova əlavə edib ki, ABŞ Ermənistana bərabərhüquqlu tərəfdaş kimi yanaşmır.

Zaxarovanın xüsusilə bu son fikri maraq doğurur. Sanki Rusiya özü Ermənistan da daxil olmaqla, bütün postsovet ölkələrinə bərabərhüquqlu tərəfdaş kimi yanaşır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi