Ermənilər Xocalıda yeni kənd salırlar - Fotolar + Video

Ermənilər Xocalıda yeni kənd salırlar - Fotolar + Video 

Keçmiş Dağlıq Qarabağın nəzarətimizdə olmayan hissəsində fəaliyyət göstərən separatçı erməni rejiminin tör-töküntüləri “varlığı”nı sübut etmək üçün bəzi işlər görməyə başlayıb.

Xankəndindəki erməni nəşrlərin yaydığı məlumata görə, bu günlərdə Xocalı rayonunun “Ovsepavan” adlandırılmış Daşbulaq kəndində son müharibədə köçkün düşmüş ermənilər üçün tez tikilən taxta evlər qurulmağa başlanıb.

Bu haqda  Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən “Şen Artsax” şirkətinin direktor müavini Mger Derdzyan məlumat verib. 

Moderator.az-ın yazdığına görə, əsasən taxta konstruksiyalarla qurulan belə bir evi 5 nəfərlik komanda bir ay ərzində tam istifadəyə verə bilir. Evin kvadratmetri 200-300 dollara başa gəlir. Tikiliyə 70 illik zəmanət verilir./Yenisabah.az


Ermənilər Xocalıda yeni kənd salırlar - Fotolar + Video

Ermənilər Xocalıda yeni kənd salırlar - Fotolar + Video

Ermənilər Xocalıda yeni kənd salırlar - Fotolar + Video

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi