Ermənilərin Gürcüstana qarşı işğalçılıq siyasəti davam edir

Ermənilərin Gürcüstana qarşı işğalçılıq siyasəti davam edir 

Erməni millətçiləri “Böyük Ermənistan” xəstəliyinə yoluxmuşlar. Belə ki, ermənilər, bütün yaxın ölkələrin ərazisinə iddia edirlər.

Bu barədə Faktinfo.az-a göndərilən məqalədə bildirilir. AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi  Kamal Salayevin müəllifi olduğu məqalə ciddi mətləblərdən xəbər verir. Məqaləni təqdim edirik:

Qonşu Gürcüstan da Ermənistanın bu cür ambisiyalarından kənarda qalmamışdır. Əslində isə ermənilər heç vaxt Cənubi Qafqazın yerli əhalisi olmamışlar. Onlar buraya kütləvi şəkildə XIX əsrin birinci yarısından köçürülmüşlər. Gürcü tarixçisi Quram Marxuliya verdiyi eksklüziv müsahibələrinin birində ermənilərin Gürcüstan ərazisinə dair əsassız iddialarının təfərrüatlarını açıqlayır:

- Belə ki, 1918-ci ildə ilk erməni dövlətinin yaradılması ilə Ermənistan öz ərazilərini genişləndirməyə başladı. Ermənilər Cənubi Gürcüstanın guya “Böyük Ermənistan”ın tərkibində olan hissəsinə dair iddia edirdilər. 1918-ci ildə Ermənistan Lori vilayətini işğal etmək məqsədilə Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Gürcüstan dövləti bu əraziləri özündə saxlaya bildi. Bugünkü Ermənistan, Gürcüstan və Azərbaycanın ərazilərindən formalaşmışdır. Lori vilayəti tarixi Gürcüstanın ərazisidir, Ermənistanın iddiaları isə əsassızdır.

- 1920-ci ildə bolşeviklər Stalinin köməyi ilə Lori vilayətini Ermənistana verdilər. Onlar hələ o vaxt Axalkələk və Axalsıxı da ələ keçirmək istəyirdilər. Daha sonra 1931-35-ci illərdə o vaxtkı erməni rəhbərliyi Kremldən həmin bölgələrin onlara verilməsini tələb edirdi. 1937-ci ildə Ermənistan Kommunist Partiyasının Birinci Katibi Xancyan bu tələbi ilə Beriyaya müraciət etmişdi. Həmin vaxt Lavrenti Beriya onu öz kabinetinə dəvət etmiş və bu istəyinə görə onu vurub öldürmüşdü.

- Sonra bu məsələ Sovet İttifaqının dağılmasına qədər qaldırılmadı. Əvvəlcə ermənilər elə hesab edirdilər ki, SSRİ-nin dağılması baş verəcək və ona görə də ərazinin genişlənməsinin hansı tərəfdən – Ermənistan-Gürcüstan yoxsa Azərbaycan tərəfindən genişlənəcəyini düşünürdülər.

- Bu məsələ 1986-cı ildə Daşnaksütyun partiyasının qurultayında da müzakirə olundu. Məlumdur ki, Cavaxetidə erməni əhalisi kompakt şəkildə yaşayır. Dağlıq Qarabağın muxtariyyət statusunun olduğu üçün daşnaklar bir neçə səs çoxluğu ilə Azərbaycan ərazilərinin işğalına başlamaq qərarına gəldilər. Bu qərar, dünya birliyinin guya Dağlıq Qarabağın muxtariyyət statusuna və həmin ərazilərin Azərbaycana məxsusluğuna şübhə ilə yanaşması ilə əsaslandırılırdı.

Qeyd etmək lazımdır ki, ermənilər Azərbaycan ərazilərinin 20%-nin işğalı ilə faktiki olaraq Ermənistanın ərazilərini “genişləndirdilər”. Həmçinin, şimal istiqamətində Gürcüstan ərazisinin hesabına genişləndirmə siyasəti davam etdi. Ermənistan hökumətinin ictimai təşkilatları üstüörtülü şəkildə, tarixçiləri və jurnalistləri isə açıq formada bu torpaqların guya Ermənistana məxsus olması haqqında materiallar dərc edərək Cavaxetinin Ermənistan dövlətinin tərkibinə qaytarılmasını təbliğ edirlər. Hazırdakı Ermənistan əslində qonşu dövlətlərin ərazilərinin hesabına yaranmışdır. Buna görə də ermənilərin başqalarının torpağını tələb etməyə dair heç bir hüquqları yoxdur. Yadda saxlamaq lazımdır ki, nə qədər ki, erməni millətçiliyi mövcuddur, qonşu dövlətlərə və xalqlara qarşı bu iddialar da həmişə mövcud olacaqdır. Fikrimizcə, bu problemi birdəfəlik həll etmək üçün tarixçilər cəmiyyətini təşkil etmək və dünyanın hər yerindən ora mütəxəssisləri cəlb etmək lazımdır. Ermənilər üçün tarix öz iddialarını və niyyətlərini təbliğ etməkdən ibarətdir ki, bunu da əsl tarix hesab etmək olmaz. Ermənistanın Tarix İnstitutu tarixin saxtalaşdırılması ilə məşğuldur. Ermənilər mövcud olduqları bütün dövrlərdə öz qonşularının ərazilərinə, mədəniyyətinə və tarixinə dair əsassız iddialar irəli sürmüşlər. Bu ermənilərin xəstəliyidir. Məhz bu ideologiya ilə bugünkü erməni uşaqları da tərbiyə olunur.

Quram Marxuliya ilə olan müsahibənin davamını təqdim edək:

- Ermənilərin Cavaxetidəki əməlləri ilə təhdidləri nə dərəcədə üst-üstə düşür?

- Hələlik Cavaxetidə, ideoloji sferada hücum gedir, belə ki, muxtariyyət yaratmaq zərurəti ətrafında informasiya hücumu gedir.

Müsahibədən də göründüyü kimi ermənilər birmənalı şəkildə həqiqətə uyğun olmayan dezinformasiyalar, yalan məlumatlar yayaraq, təxribatlar törədərək əsası olmayan “Böyük Ermənistan” xülyasını altdan-altdan reallaşdırmağa çalışırlar. Ermənistanın KİV-ləri bir qayda olaraq, onlara sərf etməyən informasiyaları yalanlayaraq saxtalaşdırır, nəticədə isə bu cür davranışları ilə ictimaiyyəti aldadırlar. Buna sübut olaraq, Paşinyanın BBC-nin Hardtalk verlişində aparıcının suallarının heç birinə adekvat şəkildə cavab verə bilməməsini göstərmək olar. Paşinyan bu dəfə də yalan danışaraq suallardan yayınmağa çalışmışdır. Belə ki,

həmin verilişdə jurnalist Stephen Sackur, Paşinyanın sülhdən danışdığı halda ermənilərin əslində cəbhə xəttindəki atəşkəs rejimini pozduğu üçün hər iki tərəfdən hərbçilərin öldüyünü qeyd edir. Paşinyan isə cavabında həmişə olduğu kimi günahı Azərbaycanın üstünə atmağa çalışır. Daha sonra jurnalist ermənilərin Dağlıq Qarabağda gərginliyi artıran ciddi təhrikedici addımlar atdığını, Dağlıq Qarabağı “Arsax” kimi qələmə verdiyini və bunun Azərbaycana qarşı açıq-aşkar provakasiya olduğunu qeyd edir. Bu məqamdan da göründüyü kimi Paşinyanın yalanlarına baxmayaraq beynəlxalq ictimaiyyət artıq Ermənistanın məkrli niyyətini aydın şəkildə dərk edir.

Ermənilər bu gün Ermənistanda baş verən özbaşnalıqları gördükləri üçün ölkəni tərk edirlər. Nəticədə real işçi qüvvəsinin olmadığı üçün Ermənistanın iqtisadiyyatı da günü-gündən tənəzzülə uğramağa davam edir. Ermənistanda əhalinin artımının müşahidə olunmaması və əhalinin ölkəni tərk edərək getməsi demoqrafik böhrana səbəb olan başlıca amillərdəndir. Ermənistan bu gün “könüllülər” adı altındakı dəstəsinə terrorçuları, cinayətkarları cəlb edərək öz işğalçı siyasətini davam etdirir. 2020-ci ilin avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışdan sonra oradakı ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsinə dair siyasətin yeridilməsi Ermənistanın əslində təcavüzkar dövlət olmasını bir daha sübut edir.

Ermənilərin Gürcüstana qarşı işğalçılıq siyasəti davam edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi