"Ermənistan parlamentinin əksər deputatları Qarabağı Azərbaycan ərazisi kimi tanıyır" -

"Ermənistan parlamentinin əksər deputatları Qarabağı Azərbaycan ərazisi kimi tanıyır" - Ermənistan KİV

Ermənistan parlamentinin əksər deputatları Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.

Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. Qəzet bildirir ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasında təxminən 15-20 deputat var ki, onlar üçün “sülh müqaviləsi – Qarabağ məsələsi olmadan” variantı qəbuledilməzdir.

“Yəni iyirmidən az adam Qarabağın Azərbaycanın tərkib hissəsi olması tezisinə qarşı çıxır. Təbii ki, Nikol Paşinyanın onlardan qurtulmağın yolunu tez tapacağını anlayaraq öz fikirlərini bildirməyə cəsarət etmirlər. Lakin daxili müzakirələr zamanı bu deputatların mövqeyi üzə çıxır. Amma Rusiya və Qarabağdan qurtulmağı, Türkiyə ilə mehriban qonşuluq münasibətlərini müdafiə edən yaxın qrup var. Onlar daha aktivdirlər və mövqelərini gizlətmirlər.

Bizə dedilər ki, müxalifət millətçi fikirlərə sadiq qalan, dövlətimizin və xalqımızın mənafeyinə zidd qərarların qəbul edilməsinə imkan verməyən deputatlara müəyyən ümidlər bağlayır. Bunun qaçılmaz olduğunu gördükdə başa düşəcəklər ki, yeganə yol budur. Bu parlament vasitəsilə hakimiyyətin dəyişdirilməsi və baş nazirə etimadsızlıq ifadəsidir”,- deyə nəşr yazıb.

Qeyd edək ki, Ermənistan parlamentində 132 deputat fəaliyyət göstərir. Onlardan 107-si hakim partiyadandır. Əksər parlament üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir./KONKRET.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi