"Ermənistan suveren dövlət deyil, imitasiyadır"

"Ermənistan suveren dövlət deyil, imitasiyadır" – Ohanyan

"Ermənistan suveren dövlət deyil, dövlətin imitasiyasıdır".

Bunu Ermənistanın “Hraparak” qəzetinin yazarı Armina Ohanyan deyib.

“Biz suveren dövlət deyilik, bayrağımız, gerbimiz, himnimiz, valyutamız, dünyanın bir çox ölkələrində səfirliklərimiz, hökumətimiz, parlamentimiz dövlətin imitasiyasıdır”, - jurnalist bildirir.

Ohanyan Ermənistanın özünü müdafiə etmək üçün heç bir resursunun olmadığını iddia edir. Jurnalist ən çətin məqamlarda Ermənistanın özünə yox, digər dövlətlərə güvəndiyini, qonşularının iradəsindən və dünyanın ixtiyarından asılı olduğunu vurğulayır.

“Üzünüzü Qərbə çevirmək istəyəndə sizə Şimaldan “sarı vərəqə” göstərilirsə, siz də həyəcanla bir məktub yazıb onu bu addımlarda heç bir anti-Rusiya mövqeyinin olmadığına inandırırsınızsa, demək, artıq dövləti məhv etmisiniz”, - erməni jurnalist söyləyir./Teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi