"Ermənistanda Rusiya telekanallarını bağlamaq lazımdır"

"Ermənistanda Rusiya telekanallarını bağlamaq lazımdır" - Ermənistan KİV

"Rusiya telekanallarının bağlanması o demək olacaq ki, Ermənistan hakimiyyəti heç bir praktiki mənası olmayan “müstəqillik hərəkatı” elan etməklə yanaşı, faktiki olaraq ölkənin suverenliyi naminə fəaliyyət göstərməyə hazırdır”.

AzVision.az xəbər verir ki, bu barədə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan Facebook səhifəsində yazıb.

"Mən çoxlu çağırışlar eşidirəm ki, Ermənistan hakimiyyətini tənqid etmək əvəzinə, konkret hansı addımlar atmalı olduğu barədə təkliflər verilməlidir.

Mən müxtəlif hallarda və platformalarda bir neçə belə təkliflər səsləndirmişəm. Onlardan biri Rusiya telekanallarının Ermənistanda ictimai multiplekslərdən çıxarılmasıdır.

Ermənistan Televiziya və Radio Komissiyasının nümayəndələri iddia edirlər ki, onlar hökumətə Ermənistanda “Birinci” və “Rossiya 1” kanallarının ictimai multipleks yayımına dair ən azı Rusiya ilə hökumətlərarası sazişi ləğv etməyə imkan verən hüquqi əsaslar təqdim ediblər. Bu o demək deyil ki, onlar bir çox alternativ platformalarda paylandıqları üçün “bağlanırlar” və ya biz informasiya təhlükəsizliyi problemini həll edirik.

Amma bu, o demək olacaq ki, Ermənistan hakimiyyəti heç bir praktiki mənası olmayan “müstəqillik hərəkatı” elan etməklə yanaşı, faktiki olaraq ölkənin suverenliyi naminə fəaliyyət göstərməyə hazırdır. Bu, sonrakıların atmalı olduğu ən bariz və birbaşa addımlardan biridir”, – Boris Navasardyan yazır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi