Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan

Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan 

Əs ey külək, bağır, ey bəhri-biyaban ləpən... Yaxşı ki, Cəfər Cabbarlı Bakının bu günlərini görmədi, yoxsa küləyə “əsmə” deyə yalvarardı ,bəlkədə...

Heç kim inkar etməz ki, iyulun 17-dən  23- dək   dözülməz istilərin əsiri olmuşduq . Elə hey yağış, külək arzusunda idik ki, bir az sərinlik duyğusunu dadaq. Amma vəziyyət gəlib o yerə çatdı ki, dözülməz istilərə dözmək daha asand oldu, nəinki sərinlədiyimiz küləkli havaya. Az qalırdıq küləyə yalvaraq ki, əsmə külək, sakitliyin altında yatan çox problemimiz var, əsib onları üzə çıxartma.

Son günlərdə başlayan küləklər çoxlarına Bakının yalnız mərkəzi 4-5 prospektdən  ibarət olmadığını bir daha xatırlatdı. Amma nədənsə yenə də  xatırlayanlar içərisində aidiyyatı qurumlara rast gələ bilmədik.Yəni, Bakının rayonlarına rəhbərlik edən Rayon İcra Hakimiyyəti başçıları,onlara tabe olan Mənzil Komunal Təəsərrüfatı Birliyinin rəhbərləri bu dəfə də görmək  istəmədilər ki, haradan peyda oldu havada uçuşan selofan torbalar,göydən ələnib üzərimizə tökülən qum dənəcikləri.

Görünür MKTB- nın  vəzifəsini yaxşı halda gündəlik, bəzən də   üç gündən bir zibil qablarının daşınması ilə bitmiş hesab edən vəzifəliləri  hələ də anlamaq istəmirlər ki,xüsüsilə yay fəslində hər bir rayonda mərkəzi prospekt və ya yola paralel səkilərlə bərabər  məhəllələr, prospektlərə çıxışı olan bütün yol və səkilər süpürülüb təmizlənməlidir. Çünki,bu belə olmasa saniyədə küləyin surəti 10 metr olduğu halda bir saat əvvəl təmizlənmiş istənilən ərazi toza –torpağa qərq olacaq.Yəni, heç kim təminat verə bilməz ki, küləkli hava şəraitində Bakının istənilən təmiz və səliqəli bir rayonu digər rayon üzərindən çirklənməyəcək.

Ümumiyyətlə turist axını hesabına imkanlarımızı nümayiş etdirib,digər tərəfdən bu sahənin dövriyyəsinin valyuta baxımından  müntəzəm olmasını düşünürüksə, Bakı şəhərinin istənilən rayonu bütün çağırışlara hazır olmalıdır.

Hələ də  bizim səthi və səhlənkar yanaşdığımız  bu problem, ölkəsinə turist axını barədə düşünən digər   ölkələr üçün illərlə əvvəl sistemləşdirilmiş bir məsələ olaraq həllini  tapıb.

Birdəki, nədən MKTB-lərin tabeçiliyində yüzlərlə  MİS idarələri, onlarında  minlərlə işçisi olduğu halda, Bakı kompleks şəkildə  təmiz və səliqəli saxlanmasın.

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi