EŞQDƏN QAÇA BİLMƏRƏM, SİRRİN AÇA BİLMƏRƏM...

EŞQDƏN QAÇA BİLMƏRƏM, SİRRİN AÇA BİLMƏRƏM... -Fəzail İsmayıl Böyükkişi yazır

Cümlə müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm, onlara Allahın sadiq qulları olmağı və Allah eşqinə sahib durmağı arzulayıram!!!

Müdriklər Allah eşqini belə ifadə edir: “Allah eşqi elə bir sirdir ki, bu eşqi nə gizlətmək, nə də açıb demək olar”. Mən də öz Allah eşqimi sevimli Faktinfo.az saytının  oxucularına belə çatdırıram...


Gözü, könlü durusan,

Qəlbimin qürurusan,

Tanrının eşq nurusan,

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Sən eşqimin özüsən,

Ləkəsiz güzgüsüsən,

Gecəsiz gündüzüsən.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Dürr-kövhərim ləlimsən,

Oğuz Türküm, elimsən,

Baldan şirin dilimsən.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Həyanınam, haminəm,

Füzulinəm, Caminəm,

Gəncəli Nizaminəm.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Bağçam, bağım, baharım,

Əzəmətim vüqarım,

Ay vəfalı nigarım.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Gəl-gəl çıxaq gəzməyə,

Gül içində üzməyə,

Güldən dəstə düzməyə.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Xoşbəxt taleyim mənim,

Arzum, diləyim mənim,

Sevda mələyim mənim.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Tükənməz eşq aləmim,

Hey nur saçar qələmim,

Sən mənimsən mən sənin.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Eşq qismətim, ruzumsan,

Tanrı yazan yazımsan,

Möminəsən, məsumsan.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Eşq hər zaman haxlı,

Qoruyaq huşu, ağlı,

Ruhun ruhuma bağlı,

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Eşqsiz kafir quduzdu,

Camdaş, qanı buzdu,

O öz ömrün uduzdu.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Eşq insanlıq nicatı,

Eşq ucadan ucadı,

Eşqsiz körpə qocadı,

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


Fəzail Eşq övladı,

Eşqi qadir Mövladı,

Eşqim məni qovladı.

Eşqdən qaça bilmərəm,

Sirrin aça bilmərəm…


RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi