ETN İnformasiya Texnologiyaları İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edib

ETN İnformasiya Texnologiyaları İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edib - FOTOLAR

Sərgi çərçivəsində AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun da əsas fəaliyyət istiqamətlərini, elmi nailiyyətlərini əks etdirən stend nümayiş etdirilib. İnstitutun stendi ilə bir sıra dövlət rəsmiləri və yüksək vəzifəli şəxslər tanış olublar.   

Stenddə son illər ərzində dövlət başçısı Cənab İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, eləcə də Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması ilə bağlı qarşıya qoyulan strateji vəzifələrin icrası istiqamətində institutda aparılan araşdırmalar, əldə olunan mühüm elmi nailiyyətlər təqdim olunub.

Stendə baxış zamanı institutda süni intellekt, data science, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası istiqamətində aparılan tədqiqatların nəticələri böyük maraqla qarşılanıb.  

Sərgidə pilotsuz uçuş aparatları ilə bağlı araşdırmaların nəticələri, bu istiqamətdə nüfuzlu, yüksək istinad indeksli beynəlxalq jurnallarda çap olunmuş elmi məqalələr, eləcə də intellektual tutumlu proqram məhsulları, milli dronların kibertəhlükəsizliyi üçün işlənilən alqoritmlər və modellər haqqında məlumatlar sərgi iştirakçılarının diqqətini xüsusi cəlb edib.

Faktinfo.az

ETN İnformasiya Texnologiyaları İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edibETN İnformasiya Texnologiyaları İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edibETN İnformasiya Texnologiyaları İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edibETN İnformasiya Texnologiyaları İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edibETN İnformasiya Texnologiyaları İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi