Əxlaqsız şagirdin videosu incələndi – Sarsıdıcı fakt

Əxlaqsız şagirdin videosu incələndi – Sarsıdıcı fakt 

Orta məktəblərdə baş verən neqativ halların tək günahkarı məktəb direktorlarıdır. Onların səriştəsizliyi, qeyri-peşəkarlığı nəticəsində bu hadisələr baş verir. Bəzi şəxslər yazır ki, tərbiyə evdə verilir, günah ailələrdədir. Bu fikir absurddur. Heç bir valideyn evdə övladına demir ki, get kiminləsə əlaqədə ol. Hesab edirəm ki, neqativ halların baş verdiyi təhsil müəssisələrinin direktor və bütün idarəçi heyətinin müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddələri ilə xitam vermək lazımdır.

Faktinfo.az xəbər verir ki,  bu sözləri 132-134 nömrəli Təhsil Kompleksində təhsil alan məktəblilərin intim videosu haqda Kult.az-a danışan ekspert Kamran Əsədov deyib. O bildirib ki, bu hadisə məktəbdə nəzarətsizlik ucbatından baş verib:

“Onlar vəzifə səlahiyyətlərini yerinə yetirməkdə ciddi problemlər yaşayırlar. Necə olur ki, məktəb direktoru öz kabinetinə gizli kamera quraşdırıb təhlükəsizliyini təmin edir, amma şagirdlər üçün bu addım atılmır? Şagirdlərin dərs, tənəffüs vaxtı fəaliyyəti ciddi şəkildə kameralar vasitəsilə izlənməlidir. Şagirdlərin hərəkət etdiyi bütün yerlərə kamera quraşdırılıb altına yazmaq lazımdır ki, çəkiliş gedir. Və davamlı olaraq bu kameralar izlənməlidir.

 Direktor məktəbi isti kabinetindən, yumşaq kreslosunda oturub idarə etməməlidir. Görün, bizim bəzi məktəblər nə qədər nəzarətsizdir, idarəetmədə nə qədər ciddi problemlər var ki, şagirdlər istədiyi kimi hərəkət edə, davrana bilirlər. 132-134 saylı təhsil kompleksində baş verən bu hadisə ilk deyil. Videonu incələyəndə, açıq-aydın görünür ki, şagirdlər çox sərbəst şəkildə, təcrübəli və qorxusuz olaraq davranırlar. Çünki nəzarətin olmadığını dəfələrlə müşahidə ediblər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi