“Ey Kamal, aslanlar olan yerdə çaqqallar quyruğunu qısıb qaçar…” –Ərdoğandan sərt mesaj

“Ey Kamal, aslanlar olan yerdə çaqqallar quyruğunu qısıb qaçar…” –Ərdoğandan sərt mesaj 

Türkiyə prezidenti Ərdoğan lideri olduğu partiyanın Bitlisdəki toplantısında bu gün qurultay keçirən CHP və onun lideri Kamal Kılıcdaroğluna sərt mesaj göndərib.

 Ərdoğan "Aslanlar olan yerdə çaqqallar quyruğunu qısıb qaçar" deyərək, ilk öncə Afrin əməliyyyatına diqqəti çəkib: "Dünənə qədər kürəklərini söykədiklərinə güvənib, bu millətə meydan oxuyan terrorçuları hinlərini başlarına yıxan kimi sürünənə dönüblər. . 

İndi bu ana müxalifətin başında duran o zata səslənirəm: ey Bay Kamal, qurultay keçirirsən. De görüm, bu PYD terror təşkilatıdırmı? Əgər igidsənsə, bunun terror təşkilatı olduğunu açıqla. Ancaq sən bunu açıqlamayacaqsan. Çünki sən onların məclisdəki təmsilçiləri ilə qol-qola dolaşan birisən…".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi