F-16 qırıcılarının Ukraynada istifadəyə veriləcəyi tarix açıqlanıb

F-16 qırıcılarının Ukraynada istifadəyə veriləcəyi tarix açıqlanıb 

ABŞ istehsalı olan F-16 qırıcı təyyarələrinin Ukrayna müharibəsində tətbiq olunacağı tarix açıqlanıb.

Report.az UNIAN-a istinadən xəbər verir ki, Ukraynanın Strateji Kommunikasiyalar üzrə Spravdi Mərkəzindən F-16-ların tədarükünün sona çatmaq üzrə olduğu bildirilib.

Məlumata görə, qırıcılar 2024-cü ilin yazında Ukraynada istifadə olunacaq.

Qeyd olunub ki, hazırda son hazırlıq işləri görülür.

Xatırladaq ki, qırıcıların Ukraynaya tədarükü ilə bağlı koalisiya yaradılıb. Buna Danimarka və Niderland rəhbərlik edir. Ukraynalı pilotlar bu ilin payızında F-16-larla təlim keçiblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi