““Falçı” deyiləndə heç tüpürmək belə istəmirsən...”

““Falçı” deyiləndə heç tüpürmək belə istəmirsən...” - Etiraz

Məşhur astroloq Firudun Qurbansoy astrologiya elmi ilə vidalaşıb. Bu barədə o “Yeni Sabah”a açıqlamasında bildirib. O, deyib ki, bu elmdən uzaqlaşmasına səbəb bəzi şəxslərin onu “falçı” adlandırması olub:

“Mühit bir az başqadır adama başqa sözlər deyirlər, falçı adlandırırlar. Bunu saytlarda da yazırlar. Elə sözlər yazırlar ki, özü kimilər də oraya rəy yazırlar. Ev-eşik var, qohum-əqrəba var, nəyə lazımdır bunlar? 

Mən alim adamam, elm mütəxəssisiyəm. Götürüb haqqında “falçıdır” yazsalar, kimin xoşuna gələr? Mən də daha astrologiya ilə məşğul olmuram, ona görə ki, camaat onu başa düşmür, mən də onlara hörmət edərək, deyirəm, “yaxşı, qalın cəhalətdə”.  

Hazırda  filologiya ilə məşğulam.  Qədim dövr və orta əsrlər mütəxəssisiyəm. Bu sahələri də mükəmməl öyrənmişəm, bundan başqa öyrəndiyim o qədər elmlər var ki, heç adını eşitməyiblər”.  

F. Qurbansoy deyir ki, bir adam haqqında astroloji proqnozu öyrənmək üçün minimum 6 saat vaxt lazımdır. “Bir proqnoz verirəmsə bu nəhəng zəhmətin nəticəsidir, amma bundan sonra adama “falçı” deyiləndə  heç tüpürmək belə istəmirsən bu sənətə.  

Bu gün hansı sahənin professionalı var? Hamısı həvəskardır. Bu gün professionalların it dəftərində adı yoxdur, acından ölür. Akademiyaya baxın, əsl alimlər acından ölür, amma bəziləri var ki, neçə min maaş alırlar. Hələ bir cümlə yazıb, ortaya fikir qoymurlar. Ondan-bundan, öz əməkdaşlarından oğurlayırlar. 

O vaxt insanlar pul tökürdü, özünün, ailəsinin qoroskopunu tərtib edirdi, saxlayırdı ki, bundan istifadə etsin. Mən çıxıb cəmiyyət üçün proqnoz verirəm, istifadə etmirlər, hətta bunu fal adlandırırlar. 

Vəziyyət heç də könülaçan deyil. Nə dini bilirlər, nə elmi”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi