Rəşad Məcid Sahibə Qafarovaya: “Adına Ağdamda büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər!”

Rəşad Məcid Sahibə Qafarovaya: “Adına Ağdamda büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər!” 

Mətbuat Şurasının sabiq sədri Rəşad Məcid Milli Məclisin deputatı Aqil Abbasın Ağdamda ev verilməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarova tərəfindən tənqid olunmasına etiraz edib.

Pravda.az xəbər verir ki, R.Məcid Aqil Abbası müdafiə edib.

O deyib ki, bütün ömrünü Ağdamın təbliğinə həsr edən, Ağdam haqqında ən gözəl bədii əsərlərin, ən təsirli bədii filmin müəllifinə, Ağdamı küçə-küçə, adam-adam öz hekayələrinə köçürüb  yaşadan, Ağdam deyəndə dodağı çat-çat olan, adına Ağdamda küçə və büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər.

Qeyd: Milli Məclisin sədri Sahibə Qafarova deputat Aqil Abbasa “Niyə siz bu məsələni bu tribunada qaldırırsınız? Ayrı imkanınız yox idi ki? Bu boyda işlər görülür, siz niyə ləkə salırsınız? Ləkə salırsınız! Yenidən qurulan Ağdamda kimlər yaşayır bəs?” deyib. S.Qafarova mövqeyinə görə sosial mediada tənqid olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪