Fərid Qayıbovun kadr siyasəti tənqid olunur-Saxta diplomlu kadrı Lənkəranda...

Fərid Qayıbovun kadr siyasəti tənqid olunur-Saxta diplomlu kadrı Lənkəranda... -Şikayət

İctimai fəal, gənc müğənni Allahverən Pərvizoğlunun Turantv.az media saytına Lənkəran Şəhər Gənclər və idman idarəsinin rəisi Teymur Babazadə haqqında şikayət məktubu daxil olub.Sözügedən həmən məktubu sizə təqdim edirik:

 


“3 il Lənkəran şəhər Gənclər və İdman idarəsinin fəal Könüllüsü olmuşam uğurlar qazanmışam könüllü olduğum müddətdə 2 rəis fəaliyyətimi yüksək dəyərləndirib
Əlbəttə ki, fəaliyyətimizi və Qazandığımız uğurları görüb dəyərləndiriblər.
Mənim heç bir idarə rəhbəri ilə problemim yoxdur sadəcə bir könüllü kimi deyirəm mənim o idarədə fəaliyyətim olub. Lənkəran Şəhər Gəncləridman idarəsinin rəisi Teymur Babazadə təyin olunandan bəri bir neçə dəfə qəbuluna getmişəm.
Dəstək üçün idarə könüllüsü kimi və onun cavabı belə olub: “Səlahiyyətim yoxdur” :”Edə bilmərəm” sözün helə eşitmişəm.
1dəfə yay düşərgəsinə getmişəm könüllülər ilə onu düz 5dəfə deyib ki, mən səni yay düşərgəsinə apardım.
Bu gün məni hər kəs tanıyır bu yaşda hörmət qazanmışam öz zəhmətim sayəsində.

Gənclərİdman Naziri Hörmətli Fərid Qayıbovun müvafiq əmri ilə Teymur Babazadə Ukrayna diplomuheç bir dövlət qulluğu imtahanı olmadan Lənkəran-Astara Regional Gənclərİdman idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Sadəcə bu sualı verirəm ki, Yaradıcı gəncin qarşısını alan insan necə Regional İdarənin rəisi təyin olunar??
Gənclər və İdman Naziri Lerik rayonunda keçirilən qəbulunda yazılsamda idarə rəisi imkan vermədi görüşməyə. Ondan sonra öz sayəmdə Fərid  Qayıbov ilə 1 dəfə görüşmüşəm.Nazirliyin inzibati binasında səmimi, mehriban qəbul etdi xoş və yadda qalan görüş oldu.
Amma bunu da qeyd edim ki, Cənab Nazir Fərid müəllimin bu əmri bir yaradıcı gənc olaraq heç də xoş olmadı.

Bu gün mən onuda qeyd edim ki, Könüllülük fəaliyyətimə məhz o idarə rəisinə görə son qoymuşam. Mən sadəcə bunu deyirəm mənim o idarədə fəaliyyətim olub.Axı niyə mənə qarşı haqsızlıq olmalıdı?

Harada gedirsə, deyir Nazir qohumumdur, heç kim mənə heçnə edə bilməz.

Qeyd edim ki, bu məsələ ilə bağlı Cənab Prezidentimiz İlham Əliyevədə müraciət etmişəm.
İnanıram ki, bu barədə tədbir görüləcək.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

/Turantv.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi