FES-dən uçot dərəcəsini endirdi

FES-dən uçot dərəcəsini endirdi 

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 25 baza bəndi azaldaraq illik 4-4,25% aralığına endirib.

Bu barədə FES-in Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin iclasının nəticələrinə dair yayılan məlumatda bildirilib.

FES maksimum məşğulluğu qoruyarkən inflyasiyanı 2%-ə qaytarmaq öhdəliyini təsdiqləyib.

Qeyd edək ki, iyul ayında FES uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi