FƏZAİL AĞAMALI İLƏ SİYASİ MÜBARİZƏDƏ BACARMADILAR,ONA RƏQİBİ HUCUM TƏŞKİL ETDİ

FƏZAİL AĞAMALI İLƏ SİYASİ MÜBARİZƏDƏ BACARMADILAR,ONA RƏQİBİ HUCUM TƏŞKİL ETDİ -VİDEO

Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüş zamanı gərgin anlar yaşayıb.

Sosial şəbəkələrdə baş verən hadisələrin görüntüləri yayılıb. Partiya sədrinin rəqiblərindən biri,  Kamil Musvənin onlarla tərəfdarı Fəzail Ağamalıya hücum çəkib. Namizədi danışmağa imkan verməyən şəxslər onu sıxışdıraraq ərazini tərk etməyə məcbur ediblər.

Yayılan görüntülərdən məlum olur ki, polis əməkdaşları K. Musavəninin tərəfdarlarını sakitləşdirməyə çalışsalar da, buna nail ola bilmirlər. Etirazçılar Fəzail Ağamalıya qarşı kəskin ifadələr işlədərək ondan bölgəni tərk etməyi tələb ediblər. Namizəd Kamil Musəvi də aksiyanın fəal iştirakçılarından biri olub.

Bu hadisənin yerli seçki qurumu və MSK tərəfindən araşdırılacağı şübhə doğurmur.

Faktinfo.az onu da bildirir ki,bu gözlənilən hadisə idi.Normal seçki mübarizəsi apara bilməyənlər sonda belə tərz nümayiş etdirməliydilər.Bütün bunlar bir daha deməyə əsas verir ki,60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı deputatlığa daha şanslı namizəddir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi