
Fəzail Ağamalı vəfat etdi
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
Bu barədə Report.az-a Milli Məclisin deputatı Səbinə Salmanova məlumat verib.
O, 78 yaşında Türkiyədə dünyasını dəyişib.
***
Belə ki, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı oteldə ürəktutmasından dünyasını dəyişib.
F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın