Fəzail Ağamalının Arxarası görüşü – Video

Fəzail Ağamalının Arxarası görüşü – Video 

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qaraçala qəsəbəsi və Arxarası kəndinin sakinləri ilə görüş keçirib.

Faktinfo.az xəbər verir ki, namizədin vəkili Emin Bayramov Fəzail Ağamalının bioqrafiyasından, həyat yolundan danışıb.

Fəzail Ağamalı isə çıxışında xalqımızın keçdiyi çətin yollardan, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi və iradəsi ilə siyasi hakimiyyətə gəlməsindən və onun dövlət quruculuğu sahəsində həyata keçirdiyi işlərdən söhbət açıb. O, həmçinin 2003-cü ildə ölkə prezidenti seçilən İlham Əliyevin dövlətçiliyimiz qarşısındakı xidmətlərindən bəhs edib.

Görüşdən sonra Fəzail Ağamalı şəhid Həmzəyev Kərəm Barı oğlunun həyat yoldaşı İbrahimova Amilə Mənəf qızını ziyarət edib.

Kənd sakinlərindən Ramil Zeynalov, Gülnaz Səfərova, Fazil Kolanı, Şahmurad Mənsimov, Adilə Həşimova, ağsaqqallardan Qulu Novruzov və Hacı Məmməd Hüseynov çıxışlarında Fəzail Ağamalı haqqında fikirlərini bölüşüblər, onun xidmətlərini yüksək qiymətləndiriblər.

Seçicilər birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bəyan ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi