Finlandiya ölkəyə daxil olan şəxslər üçün məcburi karantin rejimi tətbiq edəcək

Finlandiya ölkəyə daxil olan şəxslər üçün məcburi karantin rejimi tətbiq edəcək 

Finlandiya COVID-19 infeksiyasına yoluxma səviyyəsinin yüksək olduğu dövlətlərdən gələnlər üçün ölkəyə daxil olma qaydalarını sərtləşdirməyi planlaşdırır.

Finlandiyaya daxil olan şəxslər üçün məcburi karantin rejiminin tətbiq edilməsi təklif olunur.

Bundan başqa, ehtiyac yaranacağı təqdirdə yoluxma səviyyəsinin yüksək olduğu dövlətlərdən gələn bütün sərnişinlər sərhəddə COVID-19 testindən keçiriləcək.

Həmçinin hakimiyyət orqanları Finlandiya aeroportlarına enən təyyarələrin göyərtəsində olan bütün tranzit sərnişinlər barədə informasiya əldə edəcək.

Qeyd edək ki, mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünyada 20 milyon 281 min 691 yoluxma və 739 min 785 ölüm faktı qeydə alınıb, 13 milyon 205 min 974 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 6 milyon 335 min 932 xəstədən 64 min 702 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Finlandiyada indiyə qədər 7 min 623 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 333 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib. Hazırda ölkədə 310 aktiv koronavirus xəstəsi var./azərtac

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi