"Finlandiyadan tüpürəndə Sankt-Peterburqa, asqıranda Moskvada eşidiləcək"

"Finlandiyadan tüpürəndə Sankt-Peterburqa, asqıranda Moskvada eşidiləcək" 

“Putin bu gün Finlandiya və İsveçin NATO-ya üzv olmasının Rusiyaya təhlükə yaratmadığını dedi.

Çıxarış : Zatən Rusiyanı saymırlar, həmin ölkələr üzv olacaqlar, Putin qabaqdangəlmişlik edir, bu işə mane ola bilməyəcəyini anlayır, ona görə də yumşaq mövqedə olmağa məcburdur, bu isə o deməkdir ki, Putinin nüvə şantajı sadəcə düşük blefdir. Orta statistik, İQ səviyyəsi heç olmasa 90 olan rusiyalı sual verməyəcəkmi ki, ay Putin, biz Ukraynaya niyə hücum etdik? 

Bəli, deyirdin ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmaq istəyir, Xarkovdan Moskvaya cəmi 760 km-dir, NATO raketləri 5 dəqiqəyə Kremlə çata bilər. Yaxşı, axı indi Finlandiya NATO ya üzv olandan sonra NATO ilə Rusiyanın quru sərhədləri 1230 km-dən 2600 km-ə çatacaq, indi Finlandiyadan tüpürəndə Sankt-Peterburqa, asqıranda Moskvaya düşəcək, NATO-nu Rusiya sərhəddinə yaxınlaşmağa qoymurdun, bəs nə oldu indi lap içimizə girdilər ki?!”

 Faktinfo.az xəbər verir ki,bunu ekspert Natiq Cəfərli bildirib.

 “Əgər orta statistik rusiyalı bu sualı verməyəcəksə, o ölkənin gələcəyi yoxdur, o zaman rəhmətlik Vəfa Quluzadənin proqnozu tez zamanda tam özünü doğruldacaq...” – N.Cəfərli qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi