Fizuli Quliyevi Cavid Qurbanov işdən çıxardıb-

Fizuli Quliyevi Cavid Qurbanov işdən çıxardıb- "“ADY” QSC-DƏ İSLAHATLAR: İnfrastuktur Departamenti başlanğıcdır" başlıqlı məqaləyə cavab göndərildi

07.12. 2022-ci il tarixində Faktinfo.az saytında yayımlanan “ADY”QSC-də islahatlar: “İnfrastruktur Departamenti başlanğıcdır” başlıqlı məqaləyə cavab olaraq 14.12.2022-ci il tarixində məlumat göndərilib.

Faktinfo.az saytının elektron poçtuna göndərilən fikirlərdə qeyd edilir ki,dərc edilən məlum məqalədə doğru olmayan məqamlar var.

 Belə ki, İnfrastruktur Departamentinin rəisi olmuş Fizuli Quliyevi Rövşən Rüstəmov yox,Cavid Qurbanov vəzifəsindən azad edib. Sitat:" Keçmiş sədr Cavid Qurbanov İnfrastruktur Departamentini 2021-ci il yanvar ayında müavini, həmdə yaxın adamı olan Hicran Valehovun  kuratorluğuna verdikdən sonra,ikinci öz şəxsi mənafelərini güdərək,öz zəhmətilə illərin dəmir yolçusu təcürbəsini qazanmış Fizuli Quliyevi 2021-ci ilin fevral ayında İnfrastruktur Departamentinin rəisi vəzifəsindən uzaqlaşdırdı.Fizuli Quliyevin yerinə də Cavid Qurbanovun yaxın qohumu Hicran Valehovun tələbə yoldaşı Mehman Əhmədov təyin edildi."

Həmçinin sayta göndərilən məlumatda adları çəkilən şəxslərin Fizuli Quliyevlə heç bir qohumluq əlaqələrinin olmadığı vurğulanır.Məsələn, qeyd edilir ki,məqalədə adı keçən İxtiyar Yaqubovun  Biləcəri yol sahəsinin rəisi vəzifəsinə təyin edilməsi Mehman Əhmədovun İnfrastruktur Departamentinə rəhbərlik etdiyi müddətdə baş tutub.

Eləcə də,2022-ci ilin Oktyabrında "ADY" QSC-yə Rövşən Rüstəmov sədr təyin olunmuş və aparılan kadr islahatları nəticəsində noyabr ayında Mehman Əhmədov İnfrastruktur Departamentinin rəisi vəzifəsindən azad edilmişdir.Hazırda onun yerinə Elçin Zülfüqarov təyin olunub.

FAKTİNFO.AZ

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi