Flora Kərimovadan Kamil Zeynallının müdafiəsinə qalxdı-

Flora Kərimovadan Kamil Zeynallının müdafiəsinə qalxdı- Onu həbs edərkən torpaq qaçmadı ayağınızın altından?

Xalq artisti Flora Kərimova bir neçə gün əvvəl karantin qaydalarını pozması əsas gətirilərək 10 sutka həbs cəzası kəsilən Kamil Zeynallının həbsinə sərt çəkildə etiraz edib. Onun fikirlərini dərc edirik:

"Nərimanov Rayon Məhkəməsi Kamil Zeynallının 10 sutka həbsinə qərar verib. Düşündünüzmü, bu addımı atanda siz neylədiniz? Bu əməlinizlə bir daha məhkəmələrə, hakimiyyətə, dövlət başçısına olan inamı kölgə altına aldınız! “Karantin qaydalarını pozub” - tutaq ki, pozub. Nəyə görə pozduğunu olmaya bilmirsiniz?! Həyatını riskə atıb, balasını, ailəsini evdə qoyub günü-güzəranı ac insanların yardımına gedib. Görəsən, kimin yolunu kəsirdi, kimin “nüfuzunu” üstələyirdi ki, bu SİFARİŞƏ QOL QOYULDU? Kamil, bəlkə də, çoxlarına ayna idi. Əgər siz eybəcərsinizsə, aynanı sındırmağınız sadəcə acizliyinizdir.

Heç içiniz sızlamadı, o balasına deyəndə ki, “atan Turkiyəyə gedir, 10 günə qayıdacaq?!" Budur sizin ədalətiniz?! Torpaq qaçmadı ayağınızın altından? Niyə Kamil kimi oğlun bioqrafiyasında MƏHKUMLUQ ləkəsi olmalıdır? Başqa qərar tapa bilmədiniz? Kimə dərs keçdiniz bu əməlinizlə? Siz tək onun anasını, xanımını, bir qız övladını gözüyaşlı qoymadınız. İmdadlarına qaçdığı körpələri gözüyaşlı, ayaqyalın, ac qoydunuz! Yüzlərlə gözü yolda qalan ailələrin ümüdünü puç etdiyinizi, bilmədinizmi? 

KAMİLİN KİŞİLİYİNİ özünə örnək bilənləri də onunla birgə həbs etdiyinizi, bilmədinizmi? Siz bu əməlinizlə birbaşa DÖVLƏTÇİLİYƏ, DÖVLƏT BAŞÇISININ və XANIMININ xalqa müraciətində yardım edənlərə təşəkkürünə üz çevirmədinizmi?

Kişilik mərdlikdir, mərdanəlikdir. Kişilik dönməzlikdir. Kişilik VİCDANLI OLMAQDIR! Təəssüf ki, belə situasiyada bu sütunlar əriyir!

Bilirsiz, məni ən çox üzən nədir? Kamilin tutulmağı deyil. Kamil KİŞİ kimi girdi o türməyə, kişi kimi də çıxacaq. Kamil oraya bir girdisə, yüz çıxacaq. Ancaq siz bu əməlinizlə Kamilin yolunu getmək istəyənlərə qorxaqlığı, çəkingənliyi, balağaltından çıxmamağı aşıladınız! 80 yaşın içindəyəm. Qadınlığımla kimdənsə nə qorxacağım, nə də umacağım var! Amma görürərəm bu yaşımda məni VƏTƏNDAŞ kimi utandırmağı bacardı."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi