Futbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunub

Futbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunub - FOTO

Faktinfo.az xəbər verir ki, ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş institutlararası mini futbol turnirində Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələr üzrə ikinci yerin qalibi olan institutun futbol komandası mükafatlandırılıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən birinin ictimai təşkilatlarla işin səmərəliyinin artırılması və mobilləşdirilməsinə nail olmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə görülən işlərdən söz açan akademik R.Əliquliyev institutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkili istiqamətində lazımi köməkliyin göstərildiyini diqqətə çatdırıb.

Baş direktor institutun gənclərinin elmi-ictimai, mədəni-kütləvi fəaliyyətini dəstəkləyən, eyni zamanda onların hərtərəfli inkişafını hədəfləyən layihələrdə iştirakının təmin olunmasına institut rəhbərliyi tərəfindən hər zaman dəstək verildiyini qeyd edib. Bu baxımdan AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA-nın Azad Həmkarlar İttifaqı, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş institutlararası mini futbol turnirində institutun komandasının iştirakının əhəmiyyətini vurğulayıb.

AMEA-nın vitse-prezidenti futbol turniri çərçivəsində keçirilən Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələr üzrə keçirilən çempionatın final mərhələsində institutun komandasının ikinci yerin qalibi olduğunu və gümüş medala layiq görüldüyünü xatırladıb. Alim institutun kollektivi adından bu münasibətlə komandanın bütün üzvlərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun futbol komandasının üzvlərinə institutun fəxri fərmanları təqdim olunub.

Futbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunubFutbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunubFutbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunubFutbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunubFutbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunubFutbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunubFutbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi