Füzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçirib

Füzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçirib - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid uşaqları üçün bayram tədbiri keçirilib.

 Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Füzuli rayon Təhsil Sektorunun müdiri iştirak ediblər.

Faktinfo.az xəbər verir ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin azyaşlı uşaqları, onların valideynləri üçün rənga-rəng bayram konserti təşkil edilib, bayram süfrəsi açılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb. O,bildirib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Alı Alıyev respublikamızda uşaqlarının sağlamlığı, onların təhsili, təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsinin Prezident cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu vurğulayıb.

Şəhid ailələri ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını, dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

Təbirin sonunda şəhid uşaqlarına Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim edilib.

Füzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçiribFüzuli rayon İcra Hakimiyyəti şəhid uşaqları üçün bayram tədbiri keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi