Füzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildi

Füzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildi - FOTOLAR

Füzuli rayonunda Qurban Bayramı münasibətilə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri ilə görüş keçirildi.

Füzuli rayonunun Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olan 6 Milli Qəhrəmanı var. Kərimov Bəşir, Fərzəliyev Pəhləvan, Zülfüqarov Elxan, Rəfiyev Faiq, Quliyev Nazim, Məmmədov Seymur adlarını hər zaman fəxrlə andığımız Milli Qəhrəmanlarımızdır.

44 günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə Füzuli rayonundan 3 nəfər  Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Bunlar  Zalov Fəqan, Hüseynov Telman, Səfərov Elvindir. Füzuli rayonundan olan Vətən Müharibəsi Qəhrəmanlarından Zalov Fəqan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olub.

Bu gün Füzuli rayon İcra Hakimiyyətində Müqəddəs Qurban Bayramı münasibətilə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri ilə görüş keçirildi. Rayon İcra Hakimiyyəti Başçısı Alı Alıyev  şəhid ailələrinin və qazilərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən söz açan rayon rəhbəri bu qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinin həm də şəhidlərimizin intiqamının alınmasına səbəb olduğunu diqqətə çatdırıb. Alı Alıyev Milli Qəhrəman  və Vətən Müharibəsi Qəhrəmanları ailələrini Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib. Rayon rəhbəri  ailələrlə  səmimi söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri onlara göstərilən diqqətə və qayğıya görə,Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüşdə iştirak edən ailələrə Qurban Bayramı münasibətilə sovqatlar təqdim olunub.

Faktinfo.az

Füzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildiFüzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildiFüzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildiFüzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildiFüzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildiFüzuli rayonunda Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı ailələri ilə görüş keçirildi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi