Füzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildi

Füzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildi - FOTOLAR

Füzuli RİH-də 8Noyabr Zəfər Günü ərəfəsində rayonda dövlət qulluğu sahəsində çalışan Vətən müharibəsi şəhidi ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi.

Məlumat üçün qeyd edək ki, rayonda bu kateqoriyadan olan 7 nəfər dövlət qulluğunda ixtisaslarına uyğun işlə təmin edilmişdir. 

 Faktinfo.az xəbər verir ki,görüşdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun göstərdiyi şücaətdən, ölkəmizdə yaranmış Prezident-xalq-ordu birliyindən söz açdı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin şanlı səhifəsi olduğunu diqqətə çatdıran rayon rəhbəri, bu qəhrəmanlıq salnaməsini qanları, canları ilə yazan şəhidlərimizin ailələrinin, qazilərin, veteranların hər zaman dövlətin xüsusi  qayğısı ilə əhatə olunduqlarını bir daha vurğuladı.

Görüş iştirakçıları onlara göstərilən diqqətə və qayğıya görə,Azərbaycan prezidenti İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Sonda rayon rəhbəri tərəfindən iştirakçılara Fəxri Fərmanlar təqdim olundu.


Füzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildiFüzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildiFüzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildiFüzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildiFüzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildiFüzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildiFüzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildiFüzuli rayonunda şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi