Füzuli rayonunda vətən müharibəsi iştirakçısı işlə təmin olundu

Füzuli rayonunda vətən müharibəsi iştirakçısı işlə təmin olundu - FOTOLAR

Vətən müharibəsinin iştirakçısı (III qrup əlil) Məmmədzadə Qəhrəman Rüstəm oğlu bu gün 7 saylı Qayıdış qəsəbəsi İcra nümayəndəliyində Dövlət Qulluqunda Füzuli rayonu İcra Başçısı tərəfindən işlə təmin olunub.

Əslən Füzuli rayonu Kürdler kəndindən olan Qazi Məmmədzadə Qəhrəman Rüstəm oğlu 26 Aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. 2003 -cü ildə Füzuli rayonu 1 saylı Qayıdış qəsəbəsinə köçüblər. 2003-cü il Sentyabr ayında 1 saylı Qayıdış qəsəbəsində 1-ci sinifə daxil olub. 2014-cü ildə həmən məktəbi bitirib. 2014-cü ildə 402 balla Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinə qəbul olub. 2018-ci ildə Universiteti bitirib. Ali təhsillidir. 2018-2019-cu illərdə Naxçıvan da Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətini müvəffəqiyyətlə keçib. 

Faktinfo.az xəbər verir ki, Qəhrəman Məmmədzadə 21.09.2020-ci il tarixində könüllü olaraq Cəphəyə yollanıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları istiqamətində gedən döyüş əməliyyatlarında böyük şücaətlə iştirak edib. Düşmən işğalında olan torpaqlarımızın işğaldan azad olunmasında böyük fədakarlıq göstərmişdir. 31 oktyabr 2020-ci ildə Xocavənd rayonu Tuğ kəndi istiqamətində gedən döyüş əməliyyatlarında ağır yaralanaraq sağ ayağını itirmişdir. Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Qazimiz “Cəsur döyüşcü”, “Füzulinin işğaldan azad olunmasına görə”, Qubadlının işğaldan azad olunmasına görə”, “Şuşanın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Füzuli rayonunda vətən müharibəsi iştirakçısı işlə təmin olunduFüzuli rayonunda vətən müharibəsi iştirakçısı işlə təmin olundu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi