Füzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb

Füzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Ağcabədi rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar-qəbul görüşü keçirmişdir.

Ağcabədi şəhəri Ümid qəsəbəsində keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi keçiriləcəyini bildirib. Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.  

 Faktinfo.az xəbər verir ki,səyyar qəbulda Ağcabədi rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Füzulili məcburi köçkünlər məcburi köçkün vəsiqəsi almaq üçün tələb olunan arayışın Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada verilməsini xahiş ediblər. Alı Alıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən dövlət orqanlarında (o cümlədən yerli icra hakimiyyəti orqanlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması, mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya, o cümlədən Rəqəmsal İcra Hakimiyyəti elektron sisteminin tətbiqinə başlanılır. Yaxın vaxtlarda vətəndaşlar vaxt itirmədən qısa müddət ərzində bir sıra sənədləri onlayn qaydada əldə edə biləcklər.

Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 


Füzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübFüzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübFüzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübFüzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübFüzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübFüzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübFüzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübFüzuli RİH başçısı Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi