Füzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçirib

Füzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçirib - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə məcburi köçkün ailələrinin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsində səyyar-qəbul görüşü keçirdib.

Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Faktinfo.az saytının məlumatına görə,Alı Alıyev qeyd edib: "1947 məcburi köçkünün yaşadığı İkinci Zobucuq qəsəbəsində vətəndaşların işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün növ imtiyazlardan istifadə edir. Qəsəbədə məskunlaşan məcburi köçkünlərdən 250 nəfər dövlət idarələrində işləyir, 257 nəfər öz məşğulluğunu sərbəst şəkildə təmin edib, 24 ailəyə ünvanlı dövlət sosial yardımı verilir, 6 ailə özünüməşğulluq proqramına cəlb edilib. Qəsəbədə məskunlaşan məcburi köçkünlərə hər ay dövlət büdcəsindən yeməkxərci və kommunal xidmətlərdən istifadəyə görə vahid aylıq müavinət ödənilir."

Həmçinin,İkinci Zobucuq qəsəbəsində icra nümayəndəliyi, məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, musiqi məktəbi, yanğın mühafizə dəstəsi və s.infrastruktur obyektləri fəaliyyət göstərir. Qəsəbə sakinləri müvəqqəti pay torpağı ilə təmin olunublar.

Səyyar qəbulda Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat verib.

Səyyar qəbulda bildirilib ki, qəsəbə sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, bostan-tərəvəz, quşçuluq, barama, pambıq və şəkər çuğunduru becərməkdir.

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair məcburi köçkünlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, həlli rayon səviyyəsində mümkün olmayan müraciətlər nəzarətə götürülərək aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.

            Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Füzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçiribFüzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçiribFüzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçiribFüzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçiribFüzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçiribFüzuli RİH başçısı növbəti səyyar-qəbulu Zobucuq qəsəbəsində keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi